PDF Oxu

Siyasət

  • 11

Azərbaycan ilə Bolqarıstan arasında energetika və turizm sektorunda mühüm əməkdaşlıq mövcuddurAzərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib

Azərbaycan ilə Bolqarıstan arasında energetika və turizm sektorunda mühüm əməkdaşlıq mövcuddurAzərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib. Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov Prezident Georgi Pırvanovun salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi qeyd edildi, iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun ölkəmizə səfərinin iqtisadi sahədə əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğu bildirildi. Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər