PDF Oxu

Siyasət

  • 10

Azərbaycan Prezidenti yəhudi icmasını təbrik edib

Azərbaycan Prezidenti yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib. Təbrikdə deyilir: "Yəhudi xalqının milli yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi vətəndaşlarımız, yüz illərdir ki, əmin-amanlıq şəraitində yaşayaraq ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak edirlər. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilməsi, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunub saxlanması dövlətin daimi himayəsi altındadır və bu siyasət gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəkdir.

Digər xəbərlər