PDF Oxu

Siyasət

  • 12

Prezident Sərəncam imzalayıb

Prezident Sərəncam imzalayıb

Prezident İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, on min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılsın və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Digər xəbərlər