PDF Oxu

Siyasət

  • 6

Avstriya Prezidenti Haynts Fişer Azərbaycana rəsmi səfərə gəlib

Avstriya Prezidenti Haynts Fişer Azərbaycana rəsmi səfərə gəlib

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avstriya Respublikasının Prezidenti Haynts Fişeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Avstriya Respublikasının Federal Prezidentinə və xanımı Margit Fişerə gül dəstəsi təqdim etdilər. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Haynts Fişer və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Digər xəbərlər