PDF Oxu

Siyasət

  • 5

Azərbaycanı müasir ölkə kimi inkişaf etdirmək qarşıya əsas məqsəd qoyulub

Azərbaycanı müasir ölkə kimi inkişaf etdirmək qarşıya əsas məqsəd qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul edib. Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan Əhməd Zevayl Forumda Azərbaycan Prezidenti İlham Əliyevin nitqini, xüsusilə dövlət başçısının elmlə, təhsillə bağlı fikirlərini yüksək qiymətləndirdi. O, ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bu cür tədbirlərin beynəlxalq əməkdaşlıq, qarşılıqlı anlaşma baxımından önəmini qeyd etdi. Azərbaycanı müasir ölkə kimi inkişaf etdirməyin qarşıya məqsəd qoyulduğunu deyən dövlət başçısı buna elmin, təhsilin yüksəlişi sayəsində çatmağın mümkün olduğunu vurğuladı.

Digər xəbərlər