Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul edib. Səfir Piter Beytman fəxri qarovul dəstəsinin qarşısından keçdi. Piter Beytman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.