Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə xarici ölkələrin dövlət və hökümət başçılarının, habelə bir sıra nüfuzlu şəxslərin adından Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Riçard G.Luqar, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Sultan bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təbrik məktublarında, dost Azərbaycan xalqına səmimi qəlbdən sülh və tərəqqi arzulayırlar.