PDF Oxu

Siyasət

  • 9

Gürcüstan Azərbaycanla iqtisadi tərəfdaşlığa xüsusi önəm verir

Gürcüstan Azərbaycanla iqtisadi tərəfdaşlığa xüsusi önəm verir

Prezident İlham Əliyev oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Azərbaycan hökumətini, Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi təbrik etdi. Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirdi. Müstəqilliyimizin ildönümündə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin önəmini qeyd edən dövlətimizin başçısı bunu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman verdiyi dəstəyə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirdi. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişafı məmnunluqla qeyd olundu, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Digər xəbərlər