PDF Oxu

Siyasət

  • 12

Azərbaycan Prezidenti çex xalqını təbrik edib

Azərbaycan Prezidenti çex xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasının Prezidenti Vatslav Klausa təbrik məktubu göndərib. Dövlətimizin başçısı məktubunda Çexiya Respublikasının Prezidentini və xalqını milli bayram münasibətilə təbrik edib. Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmiş, bu ilin may ayında Çexiyanın dövlət başçısının ölkəmizə səfərinin dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yeni təkan verdiyini bildirib. Dövlətimizin başçısı istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstəriləcəyindən əmin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Vatslav Klausa möhkəm cansağlığı, işlərində uğurlar, çex xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Digər xəbərlər