Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul edib. Dünya şöhrətli səyyahın oğlu Tur Heyerdal ailə üzvləri adından çıxış edərək atasının xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırladı. O, atasından Azərbaycanla bağlı daim xoş sözlər eşitdiyini vurğuladı. Dövlətimizin başçısı Tur Heyerdalın Azərbaycana böyük maraq göstərməsinin və ölkəmizlə bağlı söylədiyi fikirlərin önəmini qeyd etdi. Prezident İlham Əliyev Tur Heyerdalın ailəsinin ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını dedi.