PDF Oxu

Siyasət

  • 21

Dövlətimiz mədəniyyət ocaqlarının bərpası və yenidənqurulması üçün mühüm işlər görür

Dövlətimiz mədəniyyət ocaqlarının bərpası və yenidənqurulması üçün mühüm işlər görür

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanılıb. Bu, 1988-ci ildən bəri aparılan ilk əsaslı təmirdir. Yenidənqurma zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb. Prezident İlham Əliyev teatr binasının tamaşa zalı ilə tanış oldu. Bildirildi ki, 214 yerlik zalda ən müasir havalandırma sistemi qurulub. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunmuş, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Bildirildi ki, Dövlət Teatrının binası yeni mövsümdə qapılarını tamamilə müasir görkəmdə tamaşaçıların üzünə açacaq. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər