Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingeri qəbul edib. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.