Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almazbek Atambayevi Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin tarixi ənənələri xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bundan sonra da yaşayacaq və möhkəmlənəcək. Prezident İlham Əliyev Almazbek Atambayevə möhkəm cansağlığı, xoşbəxtlik, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.