PDF Oxu

Siyasət

  • 24

İsrail Azərbaycanla əməkdaşlığa böyük önəm verir

İsrail Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Prezident İlham Əliyev noyabrın 10-da İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul edib. Nazir Uzi Landau İsrail dövlətinin Prezidenti Şimon Peresin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər