PDF Oxu

Siyasət

  • 37

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib

Prezident İlham Əliyev Qambiya Respublikasının Prezidenti Yəhya Cammehə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:

" Hörmətli cənab Prezident,

Qambiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Qambiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost Qambiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."


* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bamir Topiyə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Albaniya Prezidentini və xalqını milli bayramı - Bayraq günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev Azərbaycan-Albaniya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Bamir Topiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıb.


* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Mavritaniya Prezidentini və xalqını milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərin daim öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı Məhəmməd uld Əbdüləzizə möhkəm cansağlığı, işlərində uğurlar, dost Mavritaniya xalqına sülh və rifah arzulayıb.

Digər xəbərlər