Sərəncamda İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib.
Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına İnkişaf Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb. Konsepsiya hazırlanarkən müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görülməsi və vətəndaş cəmiyyəti təsisatlarının iştirakının, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılıb.