Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, ölkələrimizin əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən müasir texnologiyaların tətbiqi sahəsində genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.