PDF Oxu

Siyasət

  • 26

Azərbaycanın Baş naziri Qırğızıstan Prezidentinin inauqurasiya mərasimində iştirak edəcək

Azərbaycanın Baş naziri Qırğızıstan Prezidentinin inauqurasiya mərasimində iştirak edəcək

Azərbaycanı Qırğızıstan Prezidenti Almazbek Atambayevin inauqurasiya mərasimində Baş nazir Artur Rasizadə təmsil edəcək. Bu barədə çərşənbə günü Trend KirTAQ-a istinadən məlumat verir. Qırğızıstan Prezidenti seçilən Atambayevin inauqurasiyası dekabrın 1-də keçiriləcək. Mərasim Milli Filarmoniyada təşkil ediləcək. Mərasimdə iştirak etmək üçün Türkiyə Prezidenti, Tacikistan və Azərbaycanın Baş nazirləri Bişkəkə gəliblər. Prezidentin inauqurasiya mərasimində iştirak etmək üçün Avrasiya İqtisadi Birliyinin baş katibi Tair Mansurov da Bişkəkə gəlib.

Digər xəbərlər