PDF Oxu

Siyasət

  • 15

Azərbaycan ilə Xorvatiya arasında  iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti böyükdür

Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti böyükdür

Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Drajen Hrastiçin etimadnaməsini qəbul edib.Səfir Drajen Hrastiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Drajen Hrastiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Drajen Hrastiç Azərbaycanın Xorvatiya üçün dost və mühüm ölkə olduğunu vurğulayaraq səfir kimi ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. Diplomat Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Drajen Hrastiç ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər