PDF Oxu

Siyasət

  • 8

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasyeni qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasyeni qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasyeni qəbul edib. Dövlətimizin başçısı Bernar Fasyenin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesində fəal işinə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Bernar Fasye onun fəaliyyətinə verdiyi qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi.

Digər xəbərlər