PDF Oxu

Siyasət

  • 10

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidmerə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-İsveçrə əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram."

* * *

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti cənab Munsef əl-Mərzuqiyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Tunis Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, səadət, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."

* * *

Ölkəmizin Prezidenti eyni zamanda Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib. Məktubda deyilir: "Əlahəzrət, Malayziyanın Ali Başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram."


Prezident başsağlığı məktubları göndərib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedevə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir:

"Hörmətli Dmitri Anatolyeviç, "Kolskaya" qazma qurğusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Sizə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığımı qəbul edin, zərərçəkənlərin hamısının halına ürəkdən acıdığımı bildirirəm."

* * *

Prezident İlham Əliyev həmçinin Çexiya Respublikasının Prezidenti cənab Vatslav Klausa başsağlığı məktubu yollayıb. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Çexiya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çexiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm."

* * *

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin Sədri cənab Kim Yen Nama başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir:

"Hörmətli cənab Sədr, Koreya Xalq Demokratik Respublikasının Ali rəhbəri, Dövlət Müdafiə Komitəsinin Sədri, görkəmli dövlət xadimi Kim Çen İrin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm."

Digər xəbərlər