Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Mixail Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.