Azərbaycan Pezidenti İlham Əliyev "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Pezidentə təqdim etsin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat versin, qanundan irəli gələn digər məsələləri həll etsin.