AzərTAc xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Müasir və dinamik inkişaf edən dövlət olan Azərbaycanın yeni uğurlarını haqlı olaraq Sizin adınızla bağlayırlar. Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.
Sizə ürəkdən Azərbaycan Prezidenti kimi yüksək vəzifədə gələcək uğurlar, habelə doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik, möhkəm cansağlığı və firavanlıq arzulayıram".
* * *
Ulyanovsk Vilayəti hökumətinin qubernator-sədri Sergey Morozov Prezident İlham Əliyevi təbrik edib
AzərTAc xəbər verir ki, Ulyanovsk Vilayəti hökumətinin qubernator-sədri Sergey Morozov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Sizi ad günü münasibətilə Ulyanovsk vilayətinin hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm! Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə uğurlar, Sizə və Sizin yaxınlarınıza şəxsi səadət və əmin-amanlıq arzulayıram!
Dostların səmimi və hərtərəfli dəstəyi qoy həmişə sizinlə olsun.
Əminəm ki, dövlətlərimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Sizə olan böyük hörmətimi qəbul edin".
* * *
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Prezident İlham Əliyevi təbrik edib
AzərTAc xəbər verir ki, Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Sizə çox dərin ehtiramımın səmimiliyinə inanın və icazə verin əlli illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edim!
Biz Sizi möhkəm əqidəli, öz ölkəsinə ürəkdən sadiq olan və onun firavanlığına nail olmağa çalışan bir insan kimi tanıyırıq. Siz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına və prinsiplərinə sadiq qalaraq atanızın müstəqil müasir dövlət yaratmaq işini uğurla davam etdirirsiniz. Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycan Respublikasının Həştərxan Vilayəti ilə qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına Sizin daimi diqqət və dəstəyinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Bunun sayəsində bizim regionda sosial yönümlü çox mühüm birgə layihələr həyata keçirilir. Ürəkdən inanıram ki, bizim aramızda yaranmış konstruktiv dialoq bundan sonra da Azərbaycan ilə Həştərxan Vilayəti arasında ikitərəfli əməkdaşlığın dərinləşməsinə tam həcmdə kömək edəcəkdir.
Sizin Azərbaycanın hər bir sakininin rifahına yönəlmiş enerjiniz və səmərəli işiniz bütün Azərbaycan xalqının səmimi etimadını qazanmışdır. Sizin peşəkarlığınız, prinsipiallığınız, təcrübəniz, insanlarla işləmək bacarığınız, xalqınızın mədəniyyətinə və tarixinə sevginiz Sizin öz dövlətinizin layiqli lideri olmasına dəlalət edir. 50 yaş çox böyük yaradıcı potensialın çiçəklənməsinin yalnız başlanğıcıdır. Bu yaşda bilik və təcrübə ehtiyatınız böyük, nəzərdə tutulanların hamısını həyata keçirmək üçün qüvvəniz və vaxtınız kifayət qədərdir. Bu əziz gündə, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz enerji, nəzərdə tutduğunuz bütün planların reallaşmasını və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm. Əminəm ki, Siz Azərbaycan Respublikasının şanlı salnaməsinə hələ çox parlaq səhifələr yazacaq, güclü və çiçəklənən bir ölkənin təşəkkülünə çox böyük töhfə verəcəksiniz".
* * *
İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko və İTAR-TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevi təbrik ediblər
AzərTAc xəbər verir ki, İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko və İTAR-TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər. Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Olduqca əlamətdar, dostcasına müşahidə etdiyimizə görə Sizin üçün olduqca əziz bir gündə, yaxınlarınız, dostlarınız və həmkarlarınız Sizi gözəl kişi yubileyi - anadan olmağınızın 50 illiyi münasibətilə təbrik etdiyi bir vaxtda İTAR-TASS-ın kollegiyası, jurnalistlər, agentliyin bütün əməkdaşları bizim sözlərimizə qoşulurlar. Ad gününüz Azərbaycan xalqının Sizin rəhbərliyiniz altında sabitlik, iqtisadi inkişaf, yüksək mənəvi şəraitdə yaşadığı ilin sonuna təsadüf edir.
Sizin respublikaya necə güclü enerji ilə, işinizi parlaq, peşəkar bilməklə, ardıcıllıq və əzmlə rəhbərlik etdiyinizi, Azərbaycanın tərəqqisinə təminatlı şəkildə nail olmağınızı biz yaxşı bilirik. Respublikanın Prezidenti vəzifəsində Sizin məqsədyönlü və fədakarcasına çalışdığınız bütün səkkiz il Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi, dostluq əlaqələrinin və hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə səciyyəvidir.
Biz bu təntənəli gündə Sizi səmimi-qəlbdən təbrik edərək Sizinlə artıq ənənəyə çevrilmiş görüşlərimizi ən xoş duyğularla və Sizin Bakıda göstərdiyiniz qonaqpərvərliyə görə xüsusi minnətdarlıqla xatırlayırıq. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, çətin işinizdə yorulmazlıq və uğurlar, Sizə və gözəl ailənizə xoşbəxtlik və firavanlıq diləyirik. Qoy Sizin səyləriniz bundan sonra da Azərbaycan xalqı naminə, ölkələrimiz arasında dostluq və əməkdaşlıq naminə öz bəhrələrini versin".
* * *
Latviya Prezidenti Andris Berzinş Prezident İlham Əliyevi təbrik edib
AzərTAc xəbər verir ki, Latviya Respublikasının Prezidenti Andris Berzinş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.
Latviya ilə Azərbaycan arasında mövcud əməkdaşlığın möhkəm əsası olan qarşılıqlı maraq və səmimi dostluq münasibətlərinə söykənməsi məni məmnun edir. Ümid edirəm ki, bizim gələcək əməkdaşlığımız xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə çatacaqdır.
Cənab Prezident, ad gününüz münasibətilə Sizi bir daha təbrik edir, dərin ehtiramımı çatdırıram".
* * *
Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov Prezident İlham Əliyevi təbrik edib
AzərTAc xəbər verir ki, Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu!
Sizin yubileyiniz münasibətilə Dağıstan Respublikasında yaşayan azərbaycanlılar adından ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı qəbul edin. Biz qəlbən yaxın saydığımız, Sizin rəhbərliyiniz altında sürətlə inkişaf edən və daimi qürur mənbəyimiz olan Azərbaycanın bu gün necə bir yüksəliş yaşadığını görürük.
Möhtərəm İlham Heydər oğlu, Siz dünya miqyaslı müdrik və təcrübəli dövlət xadimi və lider Heydər Əliyevin işinin layiqli davamçısı kimi ölkədə sülhün, təhlükəsizliyin və sabitliyin inkişafında böyük uğurlar qazanmısınız. Azərbaycan müasir dünyada sabitliyi və əmin-amanlığı ilə fərqlənən az sayda dövlətlərdən biridir.
İcazə verin, Azərbaycan və Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi istiqamətində çoxşaxəli fəaliyyətinizə, Dağıstanda yaşayan biz azərbaycanlılara dəstək və diqqətinizə görə Sizə çox böyük minnətdarlığımı bildirim.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və qardaş Azərbaycanın tərəqqisi və ərazi bütövlüyü naminə yeni uğurlar arzulayırıq".
* * *
Svetlana Orlova Prezident İlham Əliyevi təbrik edib
AzərTAc xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Svetlana Orlova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Əlamətdar yubileyiniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin!
Siz bu əlamətdar yaş həddinə fəaliyyətinizin elə nəticələri ilə çatmısınız ki, onlarla hər bir ölkənin lideri fəxr edə bilər! Azərbaycan sabit inkişaf edir, genişmiqyaslı sosial-iqtisadi inkişaf layihələrini ardıcıl reallaşdırır, beynəlxalq arenada, energetika sahəsində qlobal əməkdaşlıq layihələrinin həyata keçirilməsində öz rolunu gücləndirir.
Rusiya və Azərbaycan xalqları arasında əlaqələr durmadan inkişaf edir və bu, Sizin çox böyük şəxsi töhfənizdir! Sizin parlaq fərdi xüsusiyyətləriniz və gözəl insani keyfiyyətləriniz həmişə yeni tərəfdarlar cəlb etmişdir və cəlb etməkdədir, çoxsaylı insanları Azərbaycana dost edir.
Sizə Azərbaycan xalqının rifahı naminə, xalqlarımızın və ölkələrimizin səmimi və möhkəm münasibətləri naminə səmimi qəlbdən uzun ömür, səmərəli fəaliyyət arzulayıram!
Sizin gözəl, günəşli diyarınıza sülh və firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik və sevgi diləyirəm!"