PDF Oxu

Siyasət

  • 11

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan muzeyinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan muzeyinin açılışında iştirak edib

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan muzeyinin açılışında iştirak ediblər. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Əvvəlcə dövlətimizin başçısı və xanımı muzeyin tikintisini və hazırkı vəziyyətini, Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğunun şəhərsalma layihəsini, eləcə də muzey və inzibati binanın ərazidə yerləşmə planını əks etdirən fotostendlərlə tanış oldular. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra dövlətimizin başçısı və xanımı muzeyin eksponatlarına baxdılar.

Daha sonra Azərbaycan Prezidenti və xanımı Qobustan Tarix-Mədəniyyət və Landşaft qoruğunun şəhərsalma layihəsi ilə bağlı videoçarxı izlədilər.

Muzeylə tanış olduqdan sonra Prezident İlham Əliyevə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gedən yolun, yolayrıcının hazırkı və gələcək vəziyyəti, buradakı körpüdə aparılacaq yenidənqurma işləri haqqında məlumat verildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində aparılan yenidənqurma işləri ilə də tanış oldular.

Digər xəbərlər