PDF Oxu

Siyasət

  • 11

Paytaxtda yenidənqurma və quruculuq işləri uğurla həyata  keçirilir

Paytaxtda yenidənqurma və quruculuq işləri uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Bülbül prospektindəki parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, parkın ərazisindəki asfalt örtüklü hissəyə yüksək keyfiyyətli mərmər üzlüklər döşənib, ərazidə həmişəyaşıl ağaclar və gül kolları əkilib. Parkın mərkəzində yeni fəvvarə quraşdırılıb. Müasir üslubu ilə diqqəti cəlb edən bu fəvvarə parka xüsusi yaraşıq verir. Buradakı işıqlandırma sistemi yeniləri ilə əvəz olunub. Paytaxtın gözəl guşəsində yerləşən bu parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər