Prezident İlham Əliyev Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Qvatemala Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Hörmətli cənab Prezident, Qvatemala Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Qvatemala arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Qvatemala xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."