PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev İsveçrədə işgüzar səfərdədir

Prezident İlham Əliyev İsveçrədə işgüzar səfərdədir

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib. Prezident İlham Əliyev daha sonra Sürixdən Davos şəhərinə yola düşüb.

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bir sıra işgüzar görüşlər keçirib. Belə ki, Prezident İlham Əliyev dünən İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidmer Şlümflə görüşüb. İsveçrənin Prezidenti xanım Eveline Vidmer Şlümf Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu və bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi qeyd edildi. Azərbaycan ilə İsveçrə arasında enerji, ekologiya və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıldı, iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri mzakirə edildi.

Prezident İlham Əliyev həmin gün Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Avstriyanın "OMV AG" şirkəti arasında əməkdaşlıq, o cümlədən "Nabukko" qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Davosda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşüb.

R.Hormats ABŞ Prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini dedi. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Görüşdə, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Birgə Komissiyasının yaxın vaxtlarda keçiriləcək iclasının əməkdaşlığın konkret sahələrinin müzakirəsi baxımından əhəmiyyəti vurğulandı.

Digər xəbərlər