PDF Oxu

Siyasət

  • 12

Davosda Dünya İqtisadi Forumu işini davam etdirir

Davosda Dünya İqtisadi Forumu işini davam etdirir

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələr uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edildi.

Azərbaycan ilə Polşa arasında enerji əməklaşlığı üçün böyük perspektivlər var

Dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olub. Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulandı. Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər