Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 29-da Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalamışdır. Sənədə əsasən, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Qətər Xəbərlər Agentliyi (QNA) informasiya mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional alyanslar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Anlaşma Memorandumu dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.