Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Görüşdə Azərbaycan ilə NATO arasında mövcud proqramlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.