Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Boris Tadiçə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı yolunda səylərimiz bundan sonra da əlaqələrimizin hərtərəfli genişlənməsinə, dostluq və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və firavanlıq arzulayıram.