Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında, Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Rüstəmov Hidayət Cahangir oğluna "Əməkdar Mühəndis" fəxri adının verilməsi barədə, həmçinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Mirkazım Heydər oğlu Seyidovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə və Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Səlahəddin Sədrəddin oğlu Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.