PDF Oxu

Siyasət

  • 7

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələr bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələr bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Andris Berzinşin və keçmiş Prezident Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olundu, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Andris Berzinşin və keçmiş Prezident Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın dövlət başçısına və keçmiş Prezident Valdis Zatlersə çatdırmağı xahiş etdi.

Digər xəbərlər