Prezident İlham Əliyev Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Kirşnerə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Buenos-Ayres şəhərində baş vermiş dəmir yolu qəzası nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Argentina xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.