Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının dəstəklənməsi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fonduna Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.