Martın 2-də Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ölkəmizə işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və birgə iqtisadi təşəbbüslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.