Prezident İlham Əliyev martın 2-də Argentina Respublikasının xarici işlər naziri Hektor Timermanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi qeyd edildi, ikitərəfli əlaqələrin enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğu bildirildi.