Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Schultz van Haegen-Maas Geesteranusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xanım Melanie Schultz van Haegen-Maas Geesteranus Niderlandın Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Niderlandlı nazir ölkəsinin Bakıda, Azərbaycanın isə Haaqada səfirliyinin fəaliyyət göstərməsinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi.