Martın 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalamışdır. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 55 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan əlavə, islah işləri cəzasını çəkən 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 6 nəfər cəzadan azad olunmuşlar.