PDF Oxu

Siyasət

  • 9

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib

Prezident İdham Əliyev Roma Papası XVI Benedikt Həzrətlərinə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:

"Zati-müqəddəsləri,

Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz ümumbəşəri dəyərlərin təntənəsi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar arzulayır, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm."

Digər xəbərlər