PDF Oxu

Siyasət

  • 13

Prezident İlham Əliyev Fransanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Fransanın yeni prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının yeni seçilmiş Prezidenti Fransua Ollanda təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Olland, Fransa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Fransa arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Bu gün beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə işimiz ölkələrimiz arasında, həmçinin çoxtərəfli qaydada əməkdaşlığı səciyyələndirən amillərdəndir.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolu böyükdür. Biz sülhyaratma prosesində ölkənizin öz səylərini daha da artıracağına, bu işə Sizin şəxsən töhfələr verəcəyinizə ümidlər bəsləyirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Digər xəbərlər