PDF Oxu

Siyasət

  • 10

Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş dövlət başçısı Yanoş Aderi təbrik edib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.Təbrikdə deyilir: "Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Macarıstan əlaqələri ardıcıl və davamlı inkişaf yolundadır. Ümidvaram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Digər xəbərlər