Azərbaycanla Qırğızıstan arasında münasibətlər möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
Mayın 15-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada, Böyük Kreml sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevin görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olundu. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi vurğulandı. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunun bildirildiyi görüşdə dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulandı.