PDF Oxu

Siyasət

  • 30

Azərbaycan Prezidenti Sərəncamlar imzalayıb

Azərbaycan Prezidenti Sərəncamlar imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiyanın müvafiq maddəsini rəhbər tutaraq bir neçə sərəncam imzalayıb. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının sərəncamı ilə Fərhad Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin edilib.

Növbəti sərəncamlarla Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib. Həmin vəzifəyə Elşad Hüseyn oğlu İskəndərov təyin edilib.

Digər xəbərlər