PDF Oxu

Siyasət

  • 63

Azərbaycan ilə Türkiyə arasında  hərbi sahədə  əlaqələr genişlənir

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əlaqələr genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hayri Kıvrıkoğlunun ölkəmizə səfərinin uğurlu olacağına və hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə edildi.

Digər xəbərlər