PDF Oxu

Siyasət

  • 67

Mehriban Əliyeva "Prıx De La Fondatıon" mükafatına layiq görülüb

Mehriban Əliyeva "Prıx De La Fondatıon" mükafatına layiq görülüb

Azərbaycanın ictimai, sosial və mədəni həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu humanitar layihələrinin miqyasını genişləndirir. Fond tərəfindən səhiyyə, mədəniyyət, təhsil və sosial sahəsində bir sıra layihələr reallaşdırır. Ulu Öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini həyata keçirən fond nəinki Azərbaycanda, onun hüdudlarından belə kənarda humanist ideyaların gerçəkləşdirir.

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi-mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı fəaliyyəti təkcə Azərbaycanda deyil, dünya miqyasında belə yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrə imza atır. Humanizm, xeyriyyəçilik missiyasının reallaşmasına söykənən fəaliyyət davam edir. Fondun həyata keçirdiyi işıqlı layihələrin sayı artıq hesaba belə gəlmir. Müxtəlif məzmunlu və mahiyyətli layihələrdə Heydər Əliyev Fondunun məqsədi açıq-aydın görünür. Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb. YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, "İlin qadını", "Yüzilliyin mesenatları", "Türk dünyasına xidmət", "Qızıl ürək" beynəlxalq mükafatları, eləcə də, "Yaqut Xaç" ordeni, "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, "Şərəf Legionu" ordeni və s. ilə təltif olunması Mehriban xanım Əliyevanın xidmətlərinə olan diqqət və qiymətdir. 8 illik fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.

Bu günlərdə Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya forumun ən ali mükafatı olan "Prix de la Fondation" mükafatının təqdimi də elə beynəlxalq səviyyədə fəaliyyəti ilə seçildiyini göstərir. Dünyada əməlləri ilə böyük rəğbət qazanan insanlara verilən bu mükafatın xanımlara təqdimi daha böyük məna və mahiyyət kəsb edir. Jan Pol Karteron "Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır", - deyərək bu irsin Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qaldığını bildirib. İndi Böyük insanın adını daşıyan fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.

Mehriban xanım Əliyeva Krans Montana Forumundan yüksək mükafatı aldığından şərəf duyduğunu bildirib: "Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının rəmzi kimi qəbul edirəm". Bu mükafat Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsidir.


Zümrüd BAYRAMOVA

Digər xəbərlər