PDF Oxu

Siyasət

  • 66

İSESKO xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirir

İSESKO xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirir

İSESKO-nun 1986-cı ildən ərəb, fransız və ingilis dillərində nəşr etdirdiyi rüblük jurnalının qurumun 30 iliyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb. Xüsusi buraxılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurumun yaranmasının 30 illiyi münasibətilə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə göndərdiyi təbrik məktubunun mətni dərc edilib. Mehriban xanım Əliyeva təbrik məktubunda təşkilatın xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsində, təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində rolunu yüksək qiymətləndirib.

Jurnalda bu ilin ikinci yarısında İSESKO-nun keçirəcəyi tədbirlər barədə xülasə də dərc edilib. Bu bölmədə qeyd olunur ki, İSESKO Azərbaycan hökuməti ilə birlikdə cari ilin avqustunda Bakıda "Orta Asiya ölkələrində müsəlmanlar arasında mədəni dialoq və həmrəyliyin gücləndirilməsində medianın rolu" mövzusunda seminar keçirəcəkdir.

Nəşrdə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin təşkilatın qərargahı yerləşən dövlətdə və xaricdə diplomatik, akademik və media sahəsində fəaliyyəti, İSESKO-nun sahəvi şöbələrinin, həmçinin, İslam Dünyası Universitetləri Birliyinin 2012-ci il aprel, may və iyun ayları ərzində gördüyü işlər işıqlandırılıb.

Bu nömrədə İSESKO-nun təsis edilməsinin 30 illiyinə həsr edilmiş xüsusi bölmə, İƏT üzvü olan ölkələrin ekologiya nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beşinci konfransına dair material və 2012-ci il Afrika regionundan islam mədəniyyəti paytaxtı elan olunması münasibətilə Niger Respublikası və Niyami şəhəri haqqında məlumat verilib.


ZÜMRÜD

Digər xəbərlər