PDF Oxu

Siyasət

  • 31

43 il Azərbaycan uğrunda

43 il Azərbaycan uğrunda

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ötən 43 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı ziyalılarımız bildirdilər ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür.

Seyfəddin Əliyev: "14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür"

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin 43 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafa zəmin yaratdığını söylədi: "1969-cu il 14 iyul. Bu tarix xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsası qoyulduğu gün kimi yaşayır. Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda rəhbər seçildi. Xalqın ən ağır günündə Azərbaycana rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 43 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhərəsini görür. Azərbaycan xalqının taleyində 14 iyul 1969-cu il şərəfli tarixi bir gündür. 43 il öncə bu hadisənin şahidi olanlar Azərbaycanın yeni tarixində hansı epoxanın başlandığının fərqində deyildilər. Bu da təbii idi. Azərbaycanın gələcəyi və fundamental inkişafı üçün tarixi önəm kəsb edən Heydər Əliyev epoxası yenicə başlayırdı. Bu epoxanın mahiyyətini və Azərbaycanın inkişaf tarixindəki yerini təsəvvür etmək üçün onu yaşamaq, bu dövrün Azərbaycanın siyasi, sosial-iqtisadi, milli-vətənpərvərlik həyatındakı önəmini dərk etmək lazım idi. Bu da faktdır ki, hər şeyin gerçək dəyər və əhəmiyyəti müqayisədə aşkarlanır. Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə, statistik və qeyri-göstəricilərinə və nəhayət, Azərbaycan xalqının canlı yaddaşındakı yerinə görə bütün müqayisələrdən yüksəkdir".

Nazim Ağayev: "Ümummilli Liderimiz Heydər Əliyev siyasəti Azərbaycanın bugününün və gələcəyinin təminatıdır"

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin Azərbaycanın bugününün və gələcəyinin təminatı olduğunu vurğuladı: "Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idi. 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. Ulu Öndər Heydər Əliyevin 43 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi ölkənin hərtərəfli inkişafına zəmin yaratdı. Həmişə zaman böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Azərbaycanın Ulu Öndər Heydər Əliyevə ehtiyacı olanda Ümummilli Lider o tələbə uyğun olaraq tarixi çağırışa cavab verərək, hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin əvvəllərində fəlakət astanasında olanda, yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildə əsası qoyulan yol, konsepsiya, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir. Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyəti vasitəsilə Azərbaycan xalqı özünün tarixini, mədəniyyətini, layiq olduğu yeri bir daha cəmiyyətə göstərə bildi. Onun fəaliyyətində, ilk növbədə, azərbayacançılıq çox qabarıq surətdə özünü göstərməyə başladı. Doğrudur, o dövr bir çox məhdudiyyətlərlə bağlı idi. Açıq şəkildə bir çox məsələləri demək olmurdu. Ancaq bununla belə, Ümummilli Liderimiz Heydər Əliyev həmin məhdudiyyətlər içərisində azərbaycançılığı gücləndirə bildi. İmkanlarından istifadə edərək, Azərbaycanda iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına güclü təkan verirdi. Qısa bir müddətdə ölkəmiz aqrar sənaye böləgəsindən sənaye-aqrar bölgəsinə çevrildi. Bu illər ərzində Azərbaycanda 250 yeni müəssisə tikildi. Elmin və mədəniyyətin inkişafına çox böyük diqqət yetirildi. Mövcud ali məktəblərin maddi-texniki bazası və onun potenisialı möhkəmləndi. Onun apardığı məqsədyönlü siyasət nəticəsində gənclərimiz ölkəmizdən kənardakı ali məktəblərdə təhsil almağa başladılar. Azərbaycan 1990-cı illərin əvvllərində fəlakət astanasında olanda, yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. Bu gün və gələcəkdə də bu siyasəti davam etdirən Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla aparır".

Ramiz Şabanov: "14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 43 ilin hər səhifəsinin Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsi olduğunu söylədi: "Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. 14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür. 14 iyul 1969-cu il tarixi gündə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunmasıdır. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini getdikcə möhkəmləndirir. Ulu Öndər Heydər Əliyevin 43 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişaf zəmin yaratdı. 43 il ərzində Ümummilli Liderimiz Heydər Əliyev bütün fəaliyyəti ilə ictimai şüura daxil oldu, xalq üçün, dövlət üçün yaratdı, qurdu. Ulu Öndərimiz Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir".

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər