PDF Oxu

Siyasət

  • 50

"Əfsanəvi lider Heydər Əliyev"

"Əfsanəvi lider Heydər Əliyev"

Dünən YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 43-cü ildönümü ilə bağlı "Əfsanəvi lider Heydər Əliyev" mövzusunda siyasi bilik viktorinası keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər gül dəstələri düzdülər. YAP Masallı rayon təşkilatının qərargahında davam edən tədbirdə YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Cəlal Əliyev 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilmiş Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətdə, iqtisadiyyatda, elm və təhsildə, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs etdi: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 43 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. 14 iyul 1969-cu il tarixi gündə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunması idi. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycan inkişaf edərək respublikada keçirilən sosializm yarışlarının qalibinə çevrildi. Hazırda müstəqil Azərbaycanın bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır".

Sonra viktorinaya start verildi. 3 mərhələdə davam edən yarışma Gəyəçöl komandasının qalibiyyəti ilə yekunlaşdı.

YAP Masallı rayon təşkilatı Aparatının rəhbəri Qəşəm Hadıyev sonda çıxış edərək, bildirdi ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir: "14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür. Məhz belə bir tarixi gündə hər birimiz Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşməliyik".


R.HÜSEYNOVA

Digər xəbərlər